EN

Ədəbiyyatın Mir Cəlal əbədiyyəti

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü münasibətilə “Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpreasiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Öncə ədibin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonra universitetin rektoru Anar Eminov konfransı giriş nitqi ilə açaraq, Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatı və elmi fikrinin inkişafında müstəsna rol oynadığını vurğulayıb. Qeyd olunub ki, Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı milli-mənəvi dəyərlərin qorunması, ədəbi-estetik düşüncənin formalaşması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Rektor, MDU-da milli ədəbi irsin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin elmi-ictimai mühitin zənginləşdirilməsinə və akademik ənənələrin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Universitetin əməkdaşları – baş müəllim Ayna Babazadə “Mir Cəlal Paşayev yaradıcılığında həyat həqiqətləri və bədii təsvir ustalığı”, dosent Günel Yunusova “Azərbaycan ədəbiyyatı və elminin inkişafında Mir Cəlal missiyası”, baş müəllim Pərvin Hüseynova “Yazıçının əsərlərində milli kimlik və mənəvi dəyərlər”, baş müəllim Səadət Ağakişiyeva “Mir Cəlal əsərlərində müəllimə münasibət”, müəllim Gülay Bağırova “Mir Cəlal Paşayev və milli ədəbi tənqid məktəbi” mövzularında məruzələrlə çıxışlar ediblər.

Məruzələr ətrafında müzakirələrdə iştirakçılar Mir Cəlal Paşayev irsinin müasir dövrdə aktuallığını xüsusi vurğulayaraq, bu irsin gənc nəsil arasında daha geniş təbliğinin vacibliyini qeyd ediblər. Bildirilib ki, yazıçının əsərlərində əks olunan ideyalar bu gün də milli kimliyin qorunması, mənəvi dəyərlərin yaşadılması və cəmiyyətin sağlam inkişafı baxımından əhəmiyyətini qoruyub saxlayır.

Konfrans interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

İlqar HƏSƏNOV,XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
10
xalqqazeti.az

10Sources