EN

Fövqəladə Hallar Nazirliyi yağışdan və seldən zərər görmüş vətəndaşlara fərdi ev tikəcək

BAKI, 28 aprel. TELEQRAF

Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı açıqlanıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncamla Fövqəladə Hallar Nazirliyinin görəcəyi işlərin siyahısı təqdim edilib. Siyahıya əsasən, Xaçmaz rayonu üzrə Xaçmaz şəhərində 1, Xudat şəhərində 2, Ləcət, Cığatay, Uzunoba, Yalama kənlərinin hər birində 2, İstisu qəsəbəsində 3, Tel, Xanoba və Xuray kəndlərinin hər birində 2 fərdi yaşayış evləri yenidən tikiləcək.

Qusar rayonu üzrə Aşağı Ləgər kəndində 2, Əniq, Quxuroba kəndlərinin hər birində 1 fərdi yaşayış evləri yenidən inşa olunacaq.

Chosen
43
teleqraf.com

1Sources