EN

İran ŞƏT ölkələri ilə hərbi sahədə təcrübəsini bölüşməyə hazırdır

İran hərbi imkanlarını "müstəqil ölkələrlə", xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvləri ilə bölüşməyə hazırdır.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bunu İranın müdafiə nazirinin müavini Rza Talei-Nik Bişkekdə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin müşavirəsində çıxışı zamanı bəyan edib.

"Biz təcrübəmizi təşkilatın digər üzvləri ilə bölüşməyə hazırıq", - o bildirib.

Agentlik qeyd edir ki, İran fevralın 28-dən etibarən apardığı hərbi əməliyyatlar zamanı ABŞ-nin hərbi bazalarına pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib, həmçinin öz hava məkanında Birləşmiş Ştatların uçuş aparatlarını vurub.

Chosen
19
far.az

1Sources