EN

“Sunday Times”: Rusiya əsgərləri Ukraynada insan əti yeyirlər

BAKI, 28 aprel. TELEQRAF

“The Sunday Times” Ukraynanın kəşfiyyatına istinadla Rusiya ordusunun sıralarında mümkün hannibalizm halları barədə məlumat yayıb.

Nəşrin məlumatına görə, Donetsk vilayətində - Pokrovsk rayonu istiqamətində ən azı beş belə hadisə qeydə alınıb. Qeyd edilib ki, bunlar 2025-ci ilin sonları - 2026-cı ilin qışında ciddi təchizat problemləri və aclıq fonunda baş verib.

Ukrayna tərəfi sübut kimi Rusiya hərbçilərinin əsgər yoldaşlarının insan əti yeməsi faktlarını müzakirə etdiyi telefon danışıqlarını və fotoşəkilləri təqdim edib.

Xüsusilə, iki əsgər yoldaşını öldürən və onlardan birinin bədəninin bir hissəsini yeyən “Xromoy” adlı əsgərdən bəhs olunur. Görüntüləri araşdıran mütəxəssislər xəsarətlərin qəlpə ilə deyil, iti bıçaqla vurulduğunu bildiriblər. Məqalədə vurğulanır ki, belə hadisələr təbiətcə unikaldır, cəbhə xəttində hökm sürən son dərəcə çətin şəraitin, uzun müddət davam edən aclığın və əsgərlərin ruhi sağlamlığının nəticəsidir.

Rusiya bu iddiaları təkzib edir və onları Ukrayna təbliğatı kimi xarakterizə edir.

Chosen
76
teleqraf.com

1Sources