EN

Daha 5 regionda rəqəmsal məktəb layihəsi tətbiq OLUNACAQ

“Rəqəmsal məktəb layihısi ilkin olaraq müəyyən məktəblərdə tətbiq olunurdu. Yeni tədris ilindən etibarən isə artıq yalnız Bakı şəhərini deyil, eyni zamanda daha beş regionu əhatə edəcək”.

Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə bildirdi.

Onun sözlərinə görə, Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron və Şəki şəhərlərində yerləşən təhsil müəssisələrində də rəqəmsal məktəb layihəsinin tətbiqi nəzərdə tutulur:

“Əvvəlki mərhələdə bu layihəyə 300-dən artıq müəllim və 2000-dən artıq şagird cəlb olunmuşdu. Yeni tədris ilində isə bu göstəricilərin əhəmiyyətli dərəcədə artması gözlənilir. Artıq təxminən 10 000 şagirdin və 500-ə yaxın müəllimin platformadan istifadə imkanı olacaq”.

NURİYYƏ

Chosen
41
1
redaktor.az

2Sources