EN

SOCAR Bakıdakı IE Liderlik və İnnovasiya Mərkəzini uzunmüddətli strateji investisiya kimi nəzərdən keçirir - Rövşən Nəcəf

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) IE Liderlik və İnnovasiyaMərkəzini uzunmüddətli strateji investisiya kimi nəzərdənkeçirir.

Trend xəbər verirki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf İspaniyanın IEUniversiteti ilə Bakıda IE Liderlik və İnnovasiya Mərkəzininyaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimindəbildirib.

Onun sözlərinə görə, 180 ildən artıq müddətdə neft sənayesidövlətin inkişafına mühüm töhfə verib, lakin bu gün stratejiprioritet yeni liderlər nəslinin formalaşdırılması və insanpotensialının inkişafı olmalıdır.

“Artıq Azərbaycan üçün yalnız ənənəvi təbii resurslara deyil,həm də biliklərin və insan kapitalının inkişafına diqqət yetirməyinvaxtıdır. Məhz bunlar Azərbaycanın gələcək inkişafının əsasamillərinə çevriləcək”, – deyə o bildirib.

R. Nəcəf vurğulayıb ki, IE beynəlxalq universiteti, özəl sektorvə SOCAR-ın iştirakı ilə həyata keçirilən birgə təşəbbüsAzərbaycanda dünya səviyyəli liderlik və innovasiya mərkəzininyaradılmasına yönəlib.

“Gələcəyin liderləri sadəcə menecerlər deyil, trendləriformalaşdıran və sahələri transformasiya edən uzaqgörənlərdirlər”,– deyə o qeyd edib.

Şirkət prezidenti həmçinin layihəyə göstərilən dəstəyə görədövlət qurumlarına və özəl tərəfdaşlara təşəkkür edib və vurğulayıbki, bu cür təşəbbüslər yalnız dövlət, biznes və akademik mühitarasında sıx əməkdaşlıq çərçivəsində mümkün olur.

O əlavə edib ki, SOCAR layihəni nəticələri onilliklər ərzindəhiss olunacaq uzunmüddətli strateji investisiya kimi nəzərdənkeçirir.

Onun sözlərinə görə, yeni mərkəz azərbaycanlı gənclərin ölkənitərk etmədən dünya səviyyəli təhsil ala biləcəyi platformayaçevrilməlidir.

O əlavə edib ki, SOCAR layihəni nəticələri onilliklər ərzindəhiss olunacaq uzunmüddətli strateji investisiya kimi nəzərdənkeçirir.

Məqalədə:
Chosen
12
az.trend.az

1Sources