EN

Azərbaycanda bu məktəblər bağlanır? Agentlik direktoru DANIŞDI

ain.az, Yenisabah portalına istinadən məlumat verir.

Azərbaycanda xüsusi təhsil müəssisələrinin bağlanacağı ilə bağlı iddialara aydınlıq gətirilib.  

“Yeni Sabah”ın xəbərinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov aprelin 28-də keçirdiyi brifinqdə deyib ki, həmin təhsil müəssisələrinin bağlanması gündəmdə deyil:

“Xüsusilə məktəblərlə bağlı bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan təhsil xidmətlərinin ləğv edilməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir. Bu qrupdan olan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təhsil müəssisələri fəaliyyətini davam etdirir və onlara lazımi xidmətlər göstərilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
64
2
yenisabah.az

3Sources