EN

ABŞ Xameneinin sağ olduğuna inanır

ABŞ administrasiyası İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır.

Publika.az xəbər verir ki, bunu “Fox News”a müsahibəsində ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Bunu sübut edən dəlillərimiz var. Aydındır ki, onlar (İran tərəfinin nümayəndələri - red.) bunu iddia edirlər. Əksini sübut edən heç bir dəlilimiz yoxdur", - deyə o vurğulayıb.

Qeyd edək ki, Müctəba Xameneinin 2 aydır ictimaiyyətə görünməməsi, 2 gün öncə isə İran İnqilab Keşikçiləri Korpusu tərəfindən müharibə zamanı öldürülən rəsmilərin fotolarının yayılması və orada Xameneinin da fotosunun olması onun öldürülməsi ilə bağlı iddiaları artırıb.

Chosen
38
publika.az

1Sources