Bakı, 28 aprel, AZƏRTAC
Hər bir məktəbin təmir ehtiyacı təhlil olunur. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq siyasətimizi ona uyğun qururuq
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 28-də keçirilən brifinqdə deyib. O bildirib ki, həmin məktəblər mərhələli şəkildə təmir olunur: “Hər il 700-800 məktəbdə təmir işləri görülür. Hazırda məktəblərdə problemlərimiz hələ də var və bu istiqamətdə işlər görülür”.
Müxbir - Aysel Azadqızı
Videooperator Mirrəsul Cəfərov