EN

Avropa infrastruktur obyektlərinə qarşı dron hücumlarına hazır deyil

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa ölkələri kritik infrastruktur obyektlərinə qarşı dron hücumlarına hazır deyil və bu təhlükəyə qarşı müdafiə milli səviyyədə təşkil olunmalıdır.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə dron sahəsində ixtisaslaşmış "Drone Major Group" şirkətinin baş direktoru Robert Garbett bildirib.

Onun sözlərinə görə, hava limanları, qaz anbarları və elektrik stansiyalarının dronlardan qorunması hazırda özəl operatorların öhdəsinə buraxılıb və bu, ciddi səhvdir.

Ekspert qeyd edib ki, bu vəzifə ayrı-ayrı dövlətlərin üzərinə düşməlidir. Onun fikrincə, Avropada dron təhlükəsinə qarşı ümumilikdə zəif hazırlıq mövcuddur.

Məlumata görə, Almaniya üzərində 2025-ci ildə təxminən 1000 şübhəli dron qeydə alınıb. Böyük Britaniya isə hərbi obyektlər yaxınlığında 250 dron hadisəsi barədə məlumat verib.

Böyük Britaniya də daxil olmaqla bir çox Avropa ölkələrində ekspertlərin fikrincə, dronlara qarşı çoxqatlı müdafiə sistemi qurulmalıdır. Bu sistemə erkən aşkarlama, izləmə və təhlükənin zərərsizləşdirilməsi imkanları daxil olmalıdır.

Ayxan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
news.milli.az

1Sources