EN

Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın ilk xanım deputatının əsəri hərraca çıxarılıb.

Lent.az xəbər verir ki, söhbət Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı Şəfiqə Xanım Əfəndizadədən gedir.

Məlumata görə, onun "İki yetim yaxud Kərimin Himməti" əsəri auksion yolu ilə satılıb. Kitabın başlanğıc qiyməti 5 manat təşkil edib və hər pilləli artım da minimum 5 manat olub. Beləliklə izləyicilərdən biri qalib olaraq 45 manata sözügedən kitabı alıb.

54 səhifəlik kitab 1915-ci ildə Bakıda İsa bəy Aşurbəylinin "Kaspi" mətbəəsində Əski Azərbaycan yazısı ilə çap olunub.

Qeyd edək ki, Şəfiqə Xanım Əfəndizadə həmçinin ilk azərbaycanlı xanım jurnalist və ana dili müəllimi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
2
lent.az

3Sources