Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Paytaxtın ən işlək nöqtələrindən birində baş verən ölümcül qəzanın təfərrüatları məlum olub. "Koroğlu" metrostansiyasının yaxınlığındakı yolda həyatını itirən qadının ölümü ilə bağlı bəzi faktlar üzə çıxıb.Demokrat.az xəbər verir ki, hadisəni törədən sürücünün şəxsiyyəti müəyyənləşib.Piyadanın vurulması ilə nəticələnən ağır yol qəzasında sükan arxasında MOİK futbol klubunun üzvü İbrahim Novruzovun olduğu bildirilir. İlkin məlumatlara görə, hadisə piyadanın yolu müəyyən olunmamış hissədən keçməyə çalışması səbəbindən baş verib. Zərbənin təsirindən ağır xəsarətlər alan qadın hadisə yerində dünyasını dəyişib.Qəzanı törədən gənc futbolçunun yaxın günlərdə ailə həyatı qurduğu qeyd olunur.Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.(qafqazinfo)Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.