EN

Peskovdan Putin-Tramp danışığı barədə AÇIQLAMA 

Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında mümkün telefon danışığı ilə bağlı hələlik konkret məlumatın olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə brifinq zamanı açıqlama verib.

Peskov qeyd edib ki, əgər iki lider arasında telefon danışığı baş tutarsa, bu barədə dərhal ictimaiyyətə məlumat veriləcək.

Onun sözlərinə görə, hazırda belə bir danışığın planlaşdırılıb-planlaşdırılmaması barədə heç nə demək mümkün deyil.

Peskov həmçinin jurnalistlərin Trampın Putinlə təmaslarla bağlı açıqlamalarına dair sualını cavablandıraraq, bu mövzuda artıq əvvəlki gün açıqlama verdiyini xatırladıb.

Aminə ŞAHSUVARQIZI

Chosen
52
50
redaktor.az

10Sources