EN

Bioloji aktiv qida məhsulları niyə faydalıdır?

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 aprel, AZƏRTAC

Bioloji aktiv qida məhsulları orqanizmin ehtiyacı olan gündəlik vitamin, mineral və digər vacib qida maddələrini tamamlamasına kömək edir. Kalsium, D vitamini, fol turşusu, omega-3 və B vitaminləri sümüklərin, ürək-damar sisteminin, beyin və ümumi inkişafın dəstəklənməsində mühüm rol oynayır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bioloji aktiv qida məhsulları uşaqlar, böyüklər və yaşlılarda sağlam funksiyaların qorunmasına yardımçı olur. Sümük möhkəmliyi, enerji mübadiləsi, hamiləlikdə sağlam inkişaf, immun sistem dəstəyi və yaşla bağlı dəyişikliklərdə əlavə müdafiə kimi təsirlərə malikdir. Bioloji aktiv qida məhsulları qidalanmanı əvəz etmir və qəbul edilməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir.

Qeyd edək ki, idman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Bununla yanaşı, məhsulun etiket məlumatlarına, istifadə təlimatlarına diqqət yetirilməsi və yalnız dövlət nəzarətində fəaliyyət göstərən satış subyektlərindən alınması zəruridir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
57
2
azertag.az

3Sources