EN

AAYDA dan işdən çıxarılan bölgə rəisi bu məmurun oğlu imiş (FOTO)

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra vəzifəli şəxslər işdən çıxarılıblar. İddia olunur ki, həmin şəxslər qurumda aparılan yoxlama zamanı aşkarlanan pozuntulara görə vəzifədən azad olunublar.

Qaynarinfo-nun məlumatına görə, vəzifəsini itirənlər arasında Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev də var. 

O, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayevin oğludur. 70 yaşlı məmur uzun illərdir ki, bu quruma rəhbərlik edir.

Məsələ ilə bağlı Coşqun Qarayevlə əlaqə saxlasaq da, məsələyə münasibət bildirmək istəməyib. 

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
65
13
qaynarinfo.az

10Sources