EN

Uqo Lyoris Fransa millisinə qayıdır

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Uqo Lyoris Fransa millisinə qayıdır

Fransa millisinin sabiq kapitanı Uqo Lyoris yığmaya qayıda bilər.

QOL.az xəbər verir ki, bu barədə L'Équipe məlumat yayıb.

Bildirilib ki, hazırda ABŞ-ın "Los Anceles" klubunda çıxış edən 39 yaşlı qolkiper dünya çempionatında Fransa millisinə üçüncü qapıçı kimi qayıtmaq variantını nəzərdən keçirir.

Xatırladaq ki, təcrübəli futbolçu 2023-cü ilin yanvarında milli karyerasını başa vurduğunu açıqlamışdı. O, Fransa yığmasının heyətində 145 oyun keçirərək komandanın rekordçusudur.

Hazırda yığmada əsas qapıçı kimi Mayk Menyan çıxış edir. Digər namizədlər arasında isə Lukas Şevalye, Alfons Areola, Jan Byutez və Robin Risser göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
2
qol.az

3Sources