EN

Bu, Azərbaycanın xarici siyasət doktrinasının əsas xəttini bir daha təsdiqləyir MƏQALƏ

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Prezident İham Əliyevin Çexiya Respublikasının Baş Naziri Andrey Babišin ölkəmizə səfəri ilə bağlı verdiyi bəyanat, Azərbaycan–Çexiya münasibətlərinin hazırkı mərhələsinə və gələcək inkişaf trayektoriyasına qiymət vermək baxımından mühüm siyasi mətndir. Bu bəyanat bir neçə əsas istiqaməti özündə ehtiva edir.

Cənab Prezidentin bəyanatında diqqət çəkən əsas məqamlardan biri siyasi dialoqun dərinləşdirilməsi mesajıdır. Bu, Azərbaycanın Avropa ölkələri ilə balanslı və praqmatik siyasət yürütmək kursuna uyğun gəlir. Çexiya ilə münasibətlər Avropa İttifaqı məkanında Azərbaycanın mövqelərinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bəyanatda qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinin qeyd olunması isə Azərbaycanın xarici siyasət doktrinasının əsas xəttini bir daha təsdiqləyir.

Çıxışın diqqətçəkən hissələrindən biri enerji sahəsində əməkdaşlığın ön plana çıxarılmasıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir və bu kontekstdə Çexiya ilə əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi baxımdan önəmlidir. Bu, xüsusilə Avropada enerji mənbələrinin diversifikasiyası fonunda daha da aktuallaşır.

Bəyanatda iqtisadi əlaqələrin şaxələndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və qarşılıqlı biznes imkanlarının artırılması məsələlərinə də toxunulub. Bu yanaşma göstərir ki, tərəflər yalnız enerji deyil, qeyri-neft sektorunda da əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu isə uzunmüddətli iqtisadi tərəfdaşlığın əsasını təşkil edə bilər.

Prezidentin bəyanatında regional sabitlik və təhlükəsizlik məsələlərinin qeyd olunması Azərbaycanın beynəlxalq gündəmdə fəal iştirakını əks etdirir. Bu kontekstdə Azərbaycanın təşəbbüskar və məsuliyyətli aktor kimi çıxış etdiyi vurğulanır. Çexiya ilə bu sahədə fikir mübadiləsi isə Avropa ilə siyasi koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Andrey Babişin ölkəmizə səfəri iki ölkə arasında münasibətlərin intensivləşdiyini və qarşılıqlı marağın artdığını göstərir. Prezident İlham Əliyevin bəyanatı isə bu prosesi siyasi səviyyədə legitimləşdirən və istiqamətləndirən sənəd kimi çıxış edir və Azərbaycanın çoxşaxəli xarici siyasət strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Burada əsas xətt – praqmatizm, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və siyasi balansın qorunmasıdır. Andrey Babişin səfəri isə bu strategiyanın Avropa istiqamətində konkret nəticələr doğurduğunu göstərən mühüm diplomatik hadisədir.

Deputat Jalə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
sia.az

2Sources