Gəncə və Mingəçevirdə “Trendyol”un, “PAŞA Holdinq”in dəstəyi və “Women in Tech Azerbaijan”ın təşkilatçılığı ilə qızlar üçün “Süni intellektlə yeni başlanğıc” adlı iki günlük düşərgələr təşkil olunub.
Ümumilikdə 4 gün davam edən layihə çərçivəsində iştirakçılar süni intellektin əsasları, gələcəyin iş dünyasında AI imkanları, prompt yazma bacarıqları, təhlükəsiz və etik AI istifadəsi, eləcə də bu bacarıqların karyerada tətbiqi ilə bağlı təlimlərdə iştirak ediblər.
Layihə çərçivəsində hər regiondan 40 nəfər olmaqla, ümumilikdə 80-ə yaxın iştirakçı təlimlərə qoşulub. İştirakçılar tələbələr, yeni məzunlar və ya karyerasının ilkin mərhələsində olan gənc qadınlar arasından seçilib.
“Trendyol” şirkətinin Azərbaycanda korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova Publika.az-a açıqlamasında bildirdi ki, təlimlərdə iştirak edənlər yalnız bu sahədə çalışanlar deyil, eyni zamanda texnologiya sahəsinə yeni qədəm qoyanlar və gələcəkdə bu sahədə karyera qurmaq istəyənlərdir.
.jpg_(2).jpg.jpg)