EN

Azərbaycanda bu universitetlər birləşdirilir?

Sosial şəbəkələrdəki təhsil qruplarında və səhifələrində Azərbaycan Texniki Universitetinin (AzTU) bağlanacağı ilə bağlı fikirlər yazılıb. Hətta universitetin yaxın zamanda Bakı Mühəndislik Universitetinə birləşdirilməsi ehtimalının da nəzərdən keçirildiyi iddia edilir. Sözügedən fikirlər xüsusilə bu təhsil müəssisələrində oxuyan tələbələrdə müəyyən suallar doğurub.

Publika.az xəbər verir ki, AzTU-dan globalinfo.az-a Azərbaycan Texniki Universitetinin (AzTU) bağlanacağı haqda deyilənlərin yalan olduğu bildirilib:

“Universitet fəaliyyətini yüksək səviyyədə davam etdirir. AzTU dünya reytinqində yer alan Azərbaycanın 4-5 universitetindən biridir. Qeyd edim ki, dünya reytinqində universitetlər qiymətləndirilərkən idarəetmə, elmi-tədqiqat potensialı, tədrisin keyfiyyəti və beynəlxalq nüfuz nəzərə alınır.

“QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələrinə əsasən, AzTU dünyanın ən yaxşı universitetləri siyahısında yer alıb.

“Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində AzTU TOP 500-də yer alıb.

Chosen
44
7
publika.az

8Sources