EN

Avropa İttifaqı İsraili sanksiyalarla hədələyib

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aİ Ukraynanın "oğurlanmış" hesab etdiyi Rusiya taxılına görə İsrail fərdlərinə və qurumlarına qarşı sanksiyalar tətbiq etməyi düşünür

Avropa İttifaqı (Aİ) Ukraynanın "oğurlanmış" hesab etdiyi Rusiya taxılına görə İsrail fərdlərinə və qurumlarına qarşı sanksiyalar tətbiq etməyi düşünür. AYNa.AZ xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

Aİ-nin xarici işlər üzrə sözçüsü Anuar El Anuni nəşrə bildirib ki, Aİ "Ukraynanın bu məsələ ilə bağlı İsrail hakimiyyəti ilə əvvəlki təmaslarına baxmayaraq, oğurlanmış Ukrayna taxılını daşıyan “kölgə donanması”ndan olan Rusiya gəmisinin İsrailin Hayfa limanında boşaldılmasına icazə verilməsi barədə məlumatları nəzərə alıb".

Anuar El Anuni bildirib ki, Aİ bu cür hərəkətləri pisləyir, “çünki onlar Rusiyaya sanksiyaları aşmağa kömək edir.

Aİ sözçüsü bildirib ki, "lazım gələrsə, üçüncü ölkələrdə fərdləri və qurumları təyin etməklə bu cür hərəkətlərin qarşısını almağa hazırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
ayna.az

1Sources