Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında notariuslar tərəfindən 1321 borc müqaviləsi rəsmiləşdirilib. 1news.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15 ədəd çoxdur. Həmçinin notariuslar tərəfindən 2025-ci ildə 6085 borc müqaviləsi rəsmiləşdirilib ki, bu da 2024-cü illə müqayisədə 89 ədəd azdır. Qeyd edək ki, borc müqaviləsi fiziki və hüquqi şəxslər arasında rəsmiləşdirilə bilər.