EN

Abşeronda Zərifə xanım Əliyevanın 103 illiyi qeyd edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova, Rizvan Nəbiyev, Zaur Şükürov və Ramid Namazov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış və akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev Zərifə xanım Əliyevanın akademik və ictimai fəaliyyətindən söz açıb. Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərinin olduğunu, onun elmi araşdırmalarından sonra ölkəmizdə yayılmış bir çox göz xəstəliklərinin müalicə edildiyini vurğulayan RİH başçısı bildirib ki, Zərifə xanım əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsin məhəbbətini qazanmışdır. Xalqımızın daima Zərifə xanım Əliyevanı böyük məhəbbət və sevgi ilə andığını vurğulayan RİH başçısı əlavə edib ki, onun şərəfli taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anası olması yazılıb.

Chosen
42
12
publika.az

10Sources