EN

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

Bakıda müşahidə olunan güclü külək nəticəsində 34 ağac aşıb.

Publika.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, son iki gün ərzində güclü küləklə əlaqədar ağac aşması barədə qurumun qaynar xəttinə ümumilikdə 34 müraciət daxil olub. Hazırda paytaxtın müxtəlif ərazilərində təmizlənmə işləri aparılır.

Chosen
34
10
publika.az

10Sources