EN

Bruno Fernandes MY-də Ronaldonun nailiyyətini təkrarladı – ARENA.AZ

Portuqaliya millisinin futbolçusu Bruno Fernandes İngiltərənin “Mançester Yunayted” klubunda Kristiano Ronaldonun nailiyyətini təkrarlayıb.

Arena.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi buna Premyer Liqanın 34-cü turunda “Brenford”u məğlub etdikləri oyunda (2:1) nail olub.

Görüşdə məhsuldar ötürmə ilə yadda qalan oyunçu çempionatda 140 qolun vurulmasında (70 qol, 70 assist) yaxından iştirak edib.

Ronaldo “qırmızı şeytanlar”ın heyətində 103 qol və 37 assist müəllifi olub.

Xatırladaq ki, 2020-ci ildən “Mançester Yunayted”də çıxış edən Bruno Fernandes cari mövsümdə 33 matçda 8 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Yeri gəlmişkən, Fernandes həmvətəni, Səudiyyə Ərəbistanı “Əl-Nəsr”ində çıxış edən 41 yaşlı portuqal hücumçu Kristiano Ronaldodan söhbət açıb: “Kristiano mənim üçün nümunədir”, deyə Fernandes vurğulayıb.

Yarımmüdafiəçi “qırmızı şeytanlar”ın cari mövsümə məqsədini də açıqlayıb:

“Məqsədimiz, İngiltərə Premyer Liqasının ən yaxşılarının dördlüyünə düşməkdir”, deyə Fernandes vurğulayıb.

“Mançester Yunayted”ın çalışdırıcısı Maykl Karrik isə Fernandes haqda fikrini açıqlayıb:

“Bruno parlaq simadır və əbəs yerə kapitan olmayıb”, deyə Karrik vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
9
10
arena.az

10Sources