EN

ADPU da “Türk xalqları ədəbiyyatı” kitabının təqdimatı olub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının professoru, filologiya elmləri doktoru Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabının təqdimat mərasimi keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində universitetin rektoru professor Cəfər Cəfərov kitabın elmi əhəmiyyətini yüksək qiymətləndirib.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, professor Qəzənfər Paşayev, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Jalə Əliyeva ,Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Yener Yıldırım, Yunis Əmrə İnstitutunun Bakı nümayəndəliyinin müdiri Gökhan Seyhan, AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoy, professor Nizami Tağısoy və yazıçı Hüseynbala Mirələmovun çıxışları dinlənilib.

Çıxış edənlər bu kitabın türk xalqlarının ədəbiyyatının öyrənilməsi baxımından mühüm elmi mənbə olduğunu vurğulayıblar. Bildirilib ki, əsər həm tələbələr, həm də tədqiqatçılar üçün dəyərli vəsait kimi istifadə oluna bilər və bu sahədə aparılan araşdırmalara yeni töhfələr verəcək.

Daha sonra professor Elman Quliyev çıxış edərək kitabın ərsəyə gəlmə prosesi barədə məlumat verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
54
1
azertag.az

2Sources