Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Yaxşı komandadırlar. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Bunu “Turan Tovuz”un müdafiəçisi Mark Mampassi “Zirə” ilə evdə 1:1 heç-heçə etdikləri Misli Premyer Liqasının 29-cu tur matçından sonra sportnet.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Zirə” ilə kubok görüşünün ilk matçındaca artıq cütün taleyinin həll olunduğunu düşünürdünüz?
- 2:0 elə hesabdır ki, onu həmişə geri qaytarmaq olar. Cavab matçı məlum olmayan oyun idi.
- Cütün taleyinin hakim Əliyar Ağayevin həll etdiyini düşünürsünüz?
- Çox şey deyə bilərik. Çox problem tapa bilərik. Amma biz şanslarımızı dəyərləndirmədik. Hakim nə edir etsin. Biz oyunumuza baxmalı idik.
- Avrokubok şanslarınızı dəyərləndirərdiniz?
- Gələn oyunları da bugünkü kimi oynasaq, avrokuboklarda mütləq iştirak edəcəyik.
- Gələn matç ikincilik uğrunda “Qarabağ”la ağır oyununuz var. Nə düşünürsünüz?
- Yaxşı komandadırlar. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Bu gün uzun müddətdən sonra ilk dəfə “Turan Tovuz” müdafiədə özünü təzyiq altında hiss edirdi, tez-tez top itirirdilər...
- Bəzi məsələləri yaxşı analiz edə bilmədik. Matçın taleyini daha tez həll etmək istədiyimiz üçün sonlarda yorulmuşduq.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.