Sənaye parkının rezidentlərinin reyestrinə daxil ediləcək məlumatların siyahısı genişləndirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı yeni qərar aprelin 24-dən qüvvəyə minib.
Belə ki, reyestrə sənaye parkı barədə aşağıdakı məlumatlar daxil ediləcək:
yaradılması barədə aktın tarixi, nömrəsi və növü;
adı, yaradılmasının məqsədi, fəaliyyət profili və müddəti;
ərazisinin ölçüsü və yerləşdiyi inzibati ərazi vahidi;
məlumatların reyestrdə qeydiyyat tarixi və nömrəsi;
reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə qeyd.