EN

Qastronomiyanın rəngarəng səhnəsi: Şuşada dad və mədəniyyət günü

Aprelin 28-də Şuşa şəhərində təşkil edilən Qastronomiya Günü çərçivəsində müxtəlif ölkələrin kulinariya irsi nümayiş etdirilib. Tədbir yalnız mətbəx nümunələrinin təqdimatı ilə məhdudlaşmayıb, həm də insanlar arasında əlaqələrin qurulması və inkişafına töhfə verib.

Tədbirin məqsədi milli mətbəxin təbliği, zəngin mədəni irsin beynəlxalq səviyyədə tanıdılması və qastroturizmin inkişaf etdirilməsidir. Bu istiqamətdə təşkil olunan təşəbbüslər artıq ənənəvi xarakter daşıyır və qastroturizmin inkişafını prioritet hesab edir.

Qastronomiya günü çərçivəsində müxtəlif ölkələrin stendlərində onların kulinariya mütəxəssisləri tərəfindən hazırlanan əsas yeməklər nümayiş etdirilib və ziyarətçilərə təqdim olunub. Tədbir həm mədəni müxtəlifliyi əks etdirib, həm də turizm, mədəniyyət və iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün platforma yaradıb.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

1Sources