EN

“Nyu-York merinin açıqlaması başdan-başa məsuliyyətsizlikdir” -Günay Ağamalı

"Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi Azərbaycanın həyata keçirdiyi ardıcıl və prinsipial siyasətin, regionda dayanıqlı sülhün təmin olunmasına yönəlik addımların beynəlxalq səviyyədə qəbuludur. Azərbaycan öz milli maraqlarını qoruyan, eyni zamanda bölgədə əməkdaşlıq və sabitlik mühitinin formalaşmasına töhfə verən aktordur. Ölkəmizin beynəlxalq platformalarda sülh təşəbbüsləri ilə çıxış etməsi, müxtəlif qlobal tədbirlərə ev sahibliyi etməsi və dialoq məkanı kimi qəbul olunması Azərbaycanı sülh mərkəzinə çevirib. Bütün bunlar siyasi iradənin, düşünülmüş strategiyanın nəticəsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı səsləndirdi.

Onun sözlərinə görə, belə bir reallıqda Nyu-York şəhərinin merinin bəyanatı başdan-başa məsuliyyətsizlikdir:

"Azərbaycan haqqında səsləndirilən bu cür əsassız və məsuliyyətsiz fikirlər nə ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirə bilər, nə də həyata keçirilən sülh siyasətinin mahiyyətini dəyişə bilər. Bu cür bəyanatlar bir daha göstərir ki, bəzi dairələr regionda formalaşan yeni reallıqları qəbul etməkdə ciddi qısqanclıq və psixoloji müqavimət nümayiş etdirir, dəyişən geosiyasi mühitə uyğunlaşmaqda çətinlik çəkdiklərini göstərir. Azərbaycan hər zaman beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə sayğı nümayiş etdirir. Sülh gündəliyi də məhz elə bu prinsiplər üzərində qurulub".

Müsahibimiz əlavə etdi ki, kənardan səsləndirilən emosional və məsuliyyətsiz açıqlamalar real proseslərə təsir etmək iqtidarında deyil.

"İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Dövlət başçımızın qətiyyətli liderliyi və uzaqgörən siyasi yanaşması nəticəsində ölkəmiz nəinki regionda qlobal səviyyədə də sülh, əməkdaşlıq və dialoq təşəbbüslərinin fəal iştirakçısıdır, ölkə rəhbərimizin apardığı siyasət milli maraqları qətiyyətlə qorumaq və qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan münasibətlərin formalaşmasına xidmət edir. Məhz pragmatik və prinsipial yanaşma Azərbaycanın sülh gündəliyində aparıcı mövqeyə yüksəlməsini təmin edib", - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI 

Chosen
80
1
redaktor.az

2Sources