EN

İran polad məhsullarının ixracına qadağaQOYDU

İran hökuməti bir sıra polad məhsullarının ixracına məhdudiyyət tətbiq edib.

Redaktor.az xəbər verir ki, İran mediasının məlumatına görə, ölkənin gömrük orqanları polad məhsullarının ixracını qadağan edən göstəriş verib.

Bildirilib ki, qadağa plitələr, isti və soyuq yayılmış təbəqələr, eləcə də sinklənmiş və boyalı polad kimi örtüklü məhsulları əhatə edir.

Qeyd olunur ki, bu addım İranın əsas sənaye məhsulları üzərində nəzarəti gücləndirmək və daxili bazarı qorumaq məqsədi daşıyır.

AminÉ™ ÅžAHSUVARQIZI

Chosen
82
redaktor.az

1Sources