EN

İş yeri və insan: psixososial risklərə qarşı yeni yanaşmalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda konfrans keçirib.

Tədbirdə vurğulanıb ki, son illər həyata keçirilən sosial islahatlar əmək münasibətlərini daha şəffaf, çevik və rəqəmsallaşdırılmış bir sistem üzərində qurmağa yönəlib. Əmək münasibətlərinə çevik və effektiv nəzarətin təmin olunması, əməyin mühafizəsi sisteminin gücləndirilməsi və profilaktik tədbirlərin genişləndirilməsi sahəsində əhəmiyyətli addımlar atılıb.

Konfrans çərçivəsində iş yerlərində sağlam və təhlükəsiz mühitin təşviqi, beynəlxalq təcrübənin tətbiqi və sosial tərəfdaşlığın gücləndirilməsi mövzuları müzakirə olunub. İş yerlərində psixososial risklərin idarə olunmasının əhəmiyyəti vurğulanaraq, bu amillərin hər il dünya üzrə minlərlə ölüm hadisəsinə səbəb olduğu diqqətə çatdırılıb. Tədbirdə əməyin mühafizəsi sahəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş olunub və nümunəvi fəaliyyət göstərən müəssisələr, həmçinin ESG və sosial dayanıqlılıq prinsiplərini uğurla tətbiq edən işəgötürənlər təltif edilib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

1Sources