EN

ABŞ senatorları Pentaqonu hərbçilərin ölümü ilə bağlı səhlənkarlıqda ittiham edib

Küveytdə altı amerikalı hərbçinin həlakı ilə bağlı ciddi suallar qaldırılıb, obyektlərin müdafiəsiz olduğu iddia olunur...

Poliqon xəbər verir ki, ABŞ-da bir qrup demokrat senator Küveytdə altı amerikalı hərbçinin həlakı ilə bağlı Pentaqondan izahat tələb edib və hərbi rəhbərliyi səhlənkarlıqda ittiham edib. Qanunvericilərin məktubunda qeyd olunur ki, İranın mümkün cavab zərbələrinə hazırlıq zamanı elementar təhlükəsizlik tədbirləri görülməyib və ictimaiyyətə hadisələrin real gedişi barədə düzgün məlumat verilməyib.

Senatorlar bildiriblər ki, mediada yayılan son məlumatlar Müdafiə Nazirliyinin hərbçilərin ölümünün qarşısını almaq üçün zəruri addımlar atmadığını göstərir. Onların fikrincə, bu, həm əməliyyat hazırlığındakı boşluqlara, həm də məlumatların gizlədilməsi ehtimalına işarə edir.

Məktubda xüsusilə vurğulanır ki, Küveytin Şüveyx limanında yerləşən ABŞ hərbi obyektində pilotsuz uçuş aparatlarına qarşı effektiv müdafiə sistemləri olmayıb. Hadisədən sağ çıxanların sözlərinə görə, obyektin müdafiə səviyyəsi “sıfır” kimi qiymətləndirilib ki, bu da şəxsi heyəti İranın mümkün cavab hücumları qarşısında son dərəcə həssas vəziyyətə salıb.

Qanunvericilər Pentaqondan baş verənlərlə bağlı tam şəffaflıq tələb edir və ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinin təhlükəsizliyinin yenidən qiymətləndirilməsinin vacibliyini qeyd edirlər. Onların fikrincə, belə hadisələr gələcəkdə daha ciddi nəticələrə səbəb ola bilər və operativ tədbirlərin görülməsi zəruridir.

Poliqon.info

Chosen
61
25
poliqon.info

10Sources