Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
İstanbul, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Qars şəhərində Türkiyə-Ermənistan normallaşma prosesi çərçivəsində əldə olunmuş razılaşmaya əsasən, Qars-Gümrü dəmir yolunun bərpası və istifadəyə verilməsi məqsədilə yaradılmış Türkiyə-Ermənistan Birgə İşçi Qrupunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirıiyi açıqlama yayıb.
Məlumatda qeyd edilib ki, tərəflər, regional nəqliyyat əlaqələrinin inkişafı çərçivəsində Qars–Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.