EN

“Qəbələ”nin futbolçusu Sxadadze ilə əlbəyaxa dava etdi: QOVULDU

“Qəbələ”nin futbolçusu Turan Manafov “Qəbələ”nin əsas komandasından uzaqlaşdırılıb.

"Cebheinfo.az" Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb onun baş məşqçi Kaxaber Sxadadze ilə əlbəyaxa dava etməsi səbəb olub. 

Belə ki, məşqlərin birində gürcüstanlı məşqçi futbolçuya tapşırıqlar verib. T.Manafov isə bu tapşırıqları yerinə yetirə bilməyib. Nəticədə Sxadadze onu təhqir edib. 

Bu isə tərəflər arasında əlbəyaxa davaya gətirib çıxarıb. Daha sonra digər futbolçular aranı sakitləşdirib. 

Turan Manafovun «Qəbələ»nin əsas komandasından uzaqlaşdırılmasının səbəbi məlum olub.

8000 dollar maaş qarşılığında “qırmızı-qaralar“ın təklifini qəbul edən Turan sonuncu dəfə martın 21-də meydana çıxıb. O, həmin gün Premyer Liqanın 25-ci turu çərçivəsində “Turan Tovuz“la keçirilən səfər matçının 67-ci dəqiqədə Nuğay Rəşidovun əvəzinə yaşıl sahəyə ayaq basıb. Axır dörd turda isə onun adı iştirak ərizəsinə salınmayıb.

"Cebheinfo.az"

Chosen
35
5
cebheinfo.az

6Sources