BAKI, 28 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın rəsmi şəkildə ölkədəki böhranla bağlı məlumat verdiyini bəyan edib.
Teleqrafxəbər verir ki, bu barədə siyasətçi özünün sosial media hesabında paylaşım edib.
“İran indicə bizə "çökmə vəziyyətində" olduqlarını bildirdi. Onlar rəhbərliklə bağlı vəziyyəti aydınlaşdırmağa çalışdıqları müddətdə (bunu bacaracaqlarına inanıram!) bizdən Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyirlər. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!”, -D.Tramp qeyd edib.