Aprelin 28-də Qars şəhərində Türkiyə-Ermənistan normallaşma prosesi çərçivəsində əldə olunmuş razılaşmaya əsasən, Qars-Gümrü dəmir yolunun bərpası və istifadəyə verilməsi məqsədilə yaradılmış Türkiyə-Ermənistan Birgə İşçi Qrupunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Məlumatda qeyd edilib ki, tərəflər, regional nəqliyyat əlaqələrinin inkişafı çərçivəsində Qars–Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.