EN

Dolayı və birbaşa gömrük təmsilçiliyi və reyestr yaradılması

Gömrük tÉ™msilçiliyi yenidÉ™n instututlaÅŸdırılır, “gömrük brokeri” anlayışı “dolayı gömrük tÉ™msilçiliyi” ilÉ™ É™vÉ™zlÉ™nir, reyestr yaradılacaq, birbaÅŸa gömrük tÉ™msilçiliyi olacaq, bu sahÉ™ üçün lisenziya tÉ™lÉ™bi ləğv edilÉ™cÉ™k.

Moderator.az xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçirilən iclasında müzakirəyə çıxarılacaq Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

LayihÉ™yÉ™ É™sasÉ™n, “gömrük brokeri” anlayışı “dolayı gömrük tÉ™msilçiliyi” ilÉ™ É™vÉ™z edilir. Gömrük brokeri fÉ™aliyyÉ™ti lisenziya É™sasında hÉ™yata keçirilirdisÉ™, “dolayı gömrük tÉ™msilçisi” olmaq üçün müvafiq reyestrÉ™ daxil olma ÅŸÉ™rtdir. “Dolayı gömrük tÉ™msilçisi” reyestrinin gömrük orqanının saytında yerləşdirilmÉ™si xarici ticarÉ™t iÅŸtirakçılarının bu peÅŸÉ™kar xidmÉ™tdÉ™n istifadÉ™ imkanını artıracaq, bu sahÉ™dÉ™ xidmÉ™tin vÉ™ rÉ™qabÉ™tli mühitin formalaÅŸmasına xidmÉ™t edÉ™cÉ™k. Malların vÉ™ nÉ™qliyyat vasitÉ™lÉ™rinin gömrük É™razisinÉ™ gÉ™tirilmÉ™si, bu É™razidÉ™n aparılması, yaxud tranziti ilÉ™ É™laqÉ™dar dolayı gömrük tÉ™msilçiliyi hüquqi ÅŸÉ™xslÉ™r tÉ™rÉ™findÉ™n hÉ™yata keçirilÉ™cÉ™k. Gömrük nÉ™zarÉ™ti vÉ™ gömrük rÉ™smiləşdirilmÉ™si hÉ™yata keçirilÉ™rkÉ™n, dolayı gömrük tÉ™msilçisi malları gömrük sÉ™rhÉ™dindÉ™n müstÉ™qil keçirÉ™n ÅŸÉ™xsin bütün vÉ™zifÉ™lÉ™rini yerinÉ™ yetirÉ™cÉ™k vÉ™ onun kimi mÉ™suliyyÉ™t daşıyacaq. Gömrük nÉ™zarÉ™ti vÉ™ gömrük rÉ™smiləşdirilmÉ™si zamanı gömrük bÉ™yannamÉ™si vÉ™ digÉ™r gömrük sÉ™nÉ™dlÉ™ri bÉ™yannaməçi qismindÉ™ dolayı gömrük tÉ™msilçiliyini hÉ™yata keçirÉ™n hüquqi ÅŸÉ™xs tÉ™rÉ™findÉ™n gömrük orqanına elektron formada tÉ™qdim olunacaq.

Layihəyə əsasən, birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcək ki, bu da xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradacaq. Hazırda gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər gömrük daşıyıcısı ola bilərlər. Təklif olunan dəyişiklik bu daşıyıcıya tələbin sadələşdirilməsini, daşıyıcı ola biləcək şəxslərin dairəsinin genişləndirilməsini və lisenziyanın ləğvini ehtiva edir. Belə ki, daşıyıcı malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər ola bilərlər, müvafiq orqanın fəaliyyəti bu daşıyıcıların siyahılarını nəşr etmək, rəsmi saytda yerləşdirmək və məlumatların daimi yenilənməsini təmin etməkdən ibarət olacaq.

Daşıyıcıların siyahısının nəşr edilərək gömrük orqanının rəsmi internet saytında yerləşdirilməsi daşıyıcıları xarici ticarət iştirakçıları üçün əlçatan edəcək, digər tərəfdən isə bu xidməti həyata keçirən şəxslərin uçotu və elektron tarixçəsi formalaşdırılacaq.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımı alınacaq.

Chosen
17
7
moderator.az

10Sources