EN

​“Fənərbaxça”nın prezidenti bu tarixdə vəzifədən gedəcək

Türkiyənin nəhəng klublarından olan “Fənərbaxça”da növbədənkənar seçkinin keçiriləcəyi tarix açıqlanıb. Klub rəhbərliyi tərəfindən verilən məlumata görə, sarı-lacivərdlilər 6-7 iyun tarixlərində ümumi yığıncaq keçirərək yeni prezidenti müəyyənləşdirəcək. Metbuat.az xəbər verir ki, qərar klubun rəsmi açıqlaması ilə ictimaiyyətə təqdim olunub.

Məlumata əsasən, hazırkı president Sadettin Saran namizəd olmayacaq. Onun bu qərarı klub daxilində yeni namizədlərin ön plana çıxmasına səbəb olub və yaxın günlərdə digər iddiaçıların da rəsmən açıqlanacağı gözlənilir.

Chosen
40
metbuat.az

1Sources