EN

Azərbaycanın diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq Trampa müraciət edib

Bakı. Trend:

Azərbaycanın diaspor təşkilatları Nyu-York merinə etiraz olaraqABŞ Prezidenti Donald Trampa müraciət edib.

Trend xəbərverir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarmilli maraqlar və tarixi həqiqətlərlə bağlı məsələlərdə hər zamanfəallıq nümayiş etdirərək prinsipial mövqe sərgiləyiblər.

ABŞ-nin Nyu York şəhərinin meri Zohran Kvame Mamdaninin “X”platformasında Azərbaycan əleyhinə səsləndirdiyi əsassız və qərəzlifikirlər diasporumuzun etirazı ilə qarşılanıb.

Kanadada fəaliyyət göstərən Hamilton Azərbaycan Cəmiyyəti,Kanada Azərbaycan Evi, “Vətən” Azərbaycan İncəsənət və MədəniyyətMərkəzi, “Az Media” Media qrupu, eləcə də İsraildəki AzərbaycanMədəniyyət Mərkəzi və “Azİz” İsrail-Azərbaycan BeynəlxalqAssosiasiyası Nyu York merinin iddialarının beynəlxalq hüququnnorma və prinsiplərinə zidd olduğunu vurğulayaraq ABŞ PrezidentiDonald Trampa məktub ünvanlayıblar.

Məktublarda Nyu York merinin Azərbaycan xalqına qarşısəsləndirdiyi ittihamlarla bağlı ciddi narahatlıq ifadə edilib.Qeyd olunub ki, ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülhsazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılmasıistiqamətində beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə mühümaddımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmalarkonstruktiv prosesə mənfi təsir göstərə bilər. Eyni zamandavurğulanıb ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli əhaliyəreinteqrasiya çərçivəsində bərabər hüquqlar və təhlükəsizliktəminatları təklif olunub, onların sosial-iqtisadi həyatainteqrasiyası üçün konkret addımlar atılıb. Mülki şəxslərə qarşıetnik zəmində hər hansı zorakılıq faktı qeydə alınmayıb və buistiqamətdə beynəlxalq hüququn prinsiplərinə uyğun davranışsərgilənib. Məktublarda, həmçinin Xocalı faciəsinin ağır nəticələrixatırladılaraq, bu hadisəyə hələ də beynəlxalq səviyyədəhüquqi-siyasi qiymətin verilmədiyi diqqətə çatdırılıb.

Məktublarda Donald Trampdan Azərbaycan xalqına qarşısəsləndirilən əsassız ittihamlarla bağlı məsələyə diqqətyetirilməsi xahiş olunub.

Məqalədə:
Chosen
56
12
az.trend.az

10Sources