EN

Soydaşlarımız Tbilisidə keçirilən festivalda uğur qazandılar

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) gimnastları “Tbilisi Gimnastikası” açıq festivalında uğurla çıxış ediblər.

Fanat.Az xəbər verir ki, Gürcüstan Gimnastika Federasiyasının təşkil etdiyi tədbirin məqsədi gimnastikanın inkişafı və populyarlaşdırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi, təcrübə mübadiləsi, gənc idmançıların motivasiyasının artırılması və onların peşəkarlığının yüksəldilməsidir.

GAİM-i təmsil edən gimnastlarımız yüksək nəticələr göstərərək medal və diplomlara layiq görülüblər.

Tbilisi şəhərində, Gürcüstan Gimnastika Arenasında keçirilən festivalda Gürcüstanla yanaşı, Azərbaycan və Litvadan olan idmançılar da iştirak ediblər.

Chosen
20
1
fanat.az

3Sources