EN

Rusiyanın müdafiə naziri: Aİ-nin Ukraynaya silah tədarükü gözlənilməz nəticələrə səbəb ola bilər

BAKI, 28 aprel. TELEQRAF

"Avropa İttifaqı Kiyevə silah tədarük etməklə Ukrayna münaqişəsinə getdikcə daha çox cəlb olunur. ABŞ-nin isə Kiyev rejimini dəstəkləməkdə fəallığı azalır. Avropa İttifaqı Kiyevi maliyyələşdirir və silah tədarük edir".

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov aprelin 28-də Bişkekdə ŞƏT ölkələrinin hərbi idarə rəhbərlərinin görüşündə bildirib.

Onun sözlərinə görə,aprelin 15-də media Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya hücum dronları və onların komponentlərini istehsal edən və təchiz edən Avropa şirkətlərinin siyahısını dərc edib.

"Bu cür hərəkətlər bütün Avropa qitəsində hərbi-siyasi vəziyyətin kəskin şəkildə pisləşməsinə və gözlənilməz nəticələrə səbəb ola bilər", - deyə Rusiya müdafiə naziri bildirib.

Chosen
76
1
teleqraf.com

2Sources