EN

"Bəzi dərmanları qəbul etdikdən sonra sükan arxasına əyləşmək olmaz"VİDEO

Bəzi dərmanları qəbul etdikdən sonra avtomobilin sükanı arxasına əyləşmək olmaz.

Xezerxeber.az-ın məlumatına görə, bunu tibb məsələləri üzrə ekspert Adil Qeybulla deyib.

O bildirib ki, bəzi peraparatların qəbulu sərxoşluq təəssüratı yarada bilər.

Bəs müalicə məqsədilə belə dərmanlar qəbul edilərsə, sürücü nə etməlidir? Həkimin sözlərinə görə, həmin dərmanlar mütləq reseptlərdə qeyd edilməlidir.

Adil Qeybulla əlavə edib ki, bəzi dərmanların həkim nəzarəti olmadan, özbaşına qəbulu da ciddi sağlamlıq riskləri yarada və həyat üçün təhlükəli nəticələrə səbəb ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
81
xezerxeber.az

1Sources