EN

Naxçıvandakı xəstəxanaya yeni tibbi avadanlıq təqdim olunub

Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Babək Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıq təqdim olunub.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, xəstəxanaya verilən süni intellektdəstəklı ultrasəs sistemi (EXO) müasir texnologiyalara əsaslanaraq diaqnostik imkanların genişləndirilməsinə, müayinə keyfiyyətinin artırılmasına və xəstələrə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Bu cür müasir tibbi avadanlıqların xəstəxanalara verilməsi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində atılan mühüm addımlardandır.

Chosen
31
2
hafta.az

3Sources