EN

ABŞ və Britaniya münasibətləri ilə bağlı sızıntı yayılıb

Britaniya səfirinin sözləri Vaşinqtonun əsas tərəfdaş kimi İsrailə daha çox önəm verdiyini göstərir...

Böyük Britaniyanın ABŞ-dəki səfiri Kristian Törnerin Vaşinqton və London münasibətləri ilə bağlı özəl söhbəti mediaya sızıb.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb. Bildirilir ki, Törner şəxsi söhbət zamanı ABŞ-nin yeganə real “xüsusi münasibətlər”inin Böyük Britaniya ilə deyil, İsraillə olduğunu deyib.

Qeyd olunur ki, “xüsusi münasibətlər” ifadəsi uzun illər London və Vaşinqton arasında sıx strateji tərəfdaşlığı təsvir etmək üçün istifadə olunub. Lakin FT-nin məlumatına görə, səfir bu statusu şübhə altına alaraq ABŞ xarici siyasətində İsrail istiqamətinin prioritet olduğunu vurğulayıb.

Bu açıqlama Britaniya diplomatik dairələrində və transatlantik münasibətlər fonunda diqqətçəkən mesaj kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
77
poliqon.info

1Sources