EN

Moskvada Qələbə Günü Paradı hərbi texnika və kadetlər olmadan keçiriləcək

9 mayda Qırmızı Meydanda Qələbə Günü Paradı məhdud formatda keçiriləcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, mövcud əməliyyat vəziyyəti ilə əlaqədar olaraq, hərbi texnikanın və kursantların, Suvorov və Naximov kadetlərinin iştirakı proqramdan çıxarılıb.

Paradın piyada keçidinin əsas hissəsi ali hərbi akademiyaların zabit və kursantlarından ibarət olacaq.

Parad zamanı Xüsusi Hərbi Əməliyyat zonasında olan və döyüş növbətçiliyi aparan hərbi qulluqçular fəaliyyəti nümayiş olunacaq.

Parad aviasiya qruplarının və Su-25 hücum təyyarələrinin uçuşu ilə başa çatacaq.

Chosen
69
2
apa.az

3Sources