UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.
Publika.az xəbər verir ki, ilk matçda son çempion PSJ ilə Almaniya nəhəngi “Bayern” üz-üzə gəliblər.
Luis Enrikenin baş məşqçisi olduğu parislilər rəqibini Fransada üstələməyi bacarıblar.
Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.
Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. “Atletiko Madrid” İspaniyada London “Arsenal”ını qonaq edəcək.