EN

Şamaxı da karyerasının ən yaxşı mövsümünün keçirən vingeri 3 klub istəyir ADLAR

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu mövsüm "Şamaxı"dakı performansı ilə diqqətləri üzərinə çəkən portuqaliyalı vinger Dioqu Balau cari mövsümün sonunda iş yerini dəyişməyə yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində "Sumqayıt", "İmişli" və "Kəpəz" maraqlıdır.

Bu klubların 26 yaşlı legionerə təklif etdiyi maaşın məbləği onun gələcək taleyini müəyyənləşdirəcək. Düzdür, 2025-ci ilin yayında "aslanlar"la 1+1 illik müqavilə bağlayan Balau "Şamaxı"da da qala bilər. Lakin bunun üçün vingerin maaşı nəzərəçarpan dərəcədə artırılmalıdır. Baş məşqçi Ayxan Abbasovun mayın sonlarında bölgə təmsilçisindən ayrılacağının dəqiqləşməsi də sözügedən oyunçunun iş yerini dəyişmək qərarına təsir edən əsas amildir. Dioqu daha ciddi hədəflər uğrunda mübarizə aparan komandanın bir parçası olmaq istəyir.

Qeyd edək ki, cari mövsüm Misli Premyer Liqası və Azərbaycan Kuboku çərçivəsində 31 matça çıxan Balau 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini hazırda 400 min avro ilə dəyərləndirir ki, bu da ön xətt oyunçusunun karyerasının ən yaxşı göstəricisidir.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
fanat.az

2Sources