EN

Pəncərəni bu saatlarda açmaq olmaz

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaz aylarında tozcuqların təsirindən tam qaçmaq mümkün olmasa da, düzgün iqlim seçimi allergiyadan əziyyət çəkənlərin həyatını xeyli asanlaşdıra bilər. Mütəxəssislər kənd yerlərində tozcuq konsentrasiyasının yüksək olduğunu bildirsələr də, şəhər mühitinin daha təhlükəli olduğunu vurğulayırlar.Demokrat.az xəbər verir ki, həkim-allerqoloq Alina Romanova allergiyası olan şəxslər üçün ən ideal şəraitin sərin və rütubətli iqlim olduğunu bildirib. Onun sözlərinə görə, şəhər ağacları karbon qazının təsirindən daha aqressiv tozcuqlar ifraz edir. Avtomobil tüstüsü və sənaye tullantıları bitkilərin tərkibindəki allergen zülalların miqdarını yüzlərlə dəfə artırır. Bu səbəbdən dəniz kənarı və ya yüksək dağlıq ərazilər ən yaxşı sığınacaq hesab olunur.Həkim qeyd edib ki, rütubətli hava allergenləri yerə çökdürərək tənəffüsü rahatladır. Əgər otlara qarşı xüsusi həssaslıq yoxdursa, rütubətli dəniz sahilləri və ya meşəlik zonalar seçilməlidir. Ölkə xaricində isə BƏƏ, İsrail və Skandinaviya ölkələri bitki örtüyünün fərqliliyinə görə allergiklər üçün təhlükəsiz sayıla bilər. Səyahət imkanı olmayanlara isə pəncərələri yalnız səhər tezdən və ya gecə saatlarında açmaq, evdə xüsusi hava təmizləyicilərindən istifadə etmək tövsiyə olunur. Küçədən gəldikdən sonra mütləq üzü yumaq və burun boşluğunu izotonik məhlulla təmizləmək vacibdir.Yəni, tozcuq allergiyası olanlar üçün quru və isti şəhər havası ən pis seçimdir, rütubətli və sərin bölgələr isə xəstəliyin simptomlarını minimuma endirir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
93
demokrat.az

1Sources