ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İspaniyanın “Barselona” futbol komandası “Yuventus”un hücumçusu Duşan Vlahoviçi heyətinə qatmaq planlarını hazırlayıb.
İdman.Biz xəbər verir ki, serbiyalı forvard İtaliya klubu ilə müqaviləsini yeniləməyəcəyi təqdirdə, “Barça” onu yayda azad agent kimi transfer etmək niyyətindədir. İspaniya təmsilçisi Duşan Vlahoviçi heç bir təzminat ödəmədən transfer etmək şansını yaxından izləyir.
Hazırda oyunçunun “Yuventus”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Əgər tərəflər yeni sözləşmə barədə razılığa gəlməsələr, ulduz futbolçu karyerasını İspaniyada davam etdirə bilər.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.