28 aprel gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar diyarının Tuapse şəhərindəki neft emalı zavoduna daha bir hücum təşkil edib. Yanğından yaranan tüstü 380 kilometrədək yayılıb.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, "NV" radio-kanalı bu barədə Avropa Meteoroloji Peyklərin İstismarı Təşkilatının hava radarının çəkdiyi son görüntüyə əsasən məlumat yayıb. Tüstü buludu təcavüzkar ölkənin ən azı üç böyük şəhərini bürüyüb. Bulud Maykop, Stavropol və Armavirə çatıb.

Tuapsedəki yanğından çıxan tüstü yüzlərlə kilometrə qədər uzandı / Foto: Avropa Meteoroloji Peyklərin İstismarı Təşkilatı / NV
Bundan əlavə, tüstü buludu hücuma məruz qalan Tuapsedən 400 kilometr aralıda yerləşən Budyonnovsk şəhərinə yaxınlaşır.
"Tuapse neft anbarında baş verən yanğın o qədər miqyaslı olub ki, onun nəticələrini kosmosdan, hətta bu məqsəd üçün nəzərdə tutulmayan avadanlıqdan istifadə etməklə də görmək mümkündür", - deyə nəşr əlavə edib.
Tuapsedəki neft anbarına zərbələr:

28 aprel gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar diyarındakı Tuapse neft emalı zavoduna yenidən hücum edib. Orada baş verən yanğın əvvəlki basqından sonra bu yaxınlarda söndürülmüşdü.
Yeni hücum yanğınla nəticələnib və yerli hakimiyyət orqanları neft emalı zavodunun yaxınlığındakı bir neçə küçənin boşaldıldığını elan edib.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva artıq Tuapse hücumunun nəticələrini "lazımi səviyyədə" aradan qaldırmaq üçün tədbirlər görür. Onun sözlərinə görə, obyektdə saxlanılan neft ixrac üçün nəzərdə tutulubmuş...
S.Laçın